Türkiyə ötən il Rusiyanın ərzaq məhsullarının əsas idxalçısı olub

Türkiyə ötən il Rusiyanın ərzaq məhsullarının əsas idxalçısı olub
# 19 yanvar 2022 14:09 (UTC +04:00)

2021-ci ildə Rusiya Türkiyəyə 4,3 mlrd. ABŞ dolları dəyərində 13 mln. ton kənd təsərrüfatı məhsulu ixrac edib ki, illik ifadədə ixrac gəlirləri 38% artıb.

"APA-Economics" Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroeksport" Federal Gömrük Xidmətinin ilkin məlumatlarına istinadən xəbər verir ki, bu dinamika sayəsində Türkiyə Çini geridə qoyub və 12% payla Rusiyadan ərzaq idxal edən ən böyük ölkələr arasında birinci olub.

Xüsusilə, Türkiyə Rusiya buğdasının alıcıları arasında lider mövqeyini qoruyub. Təqvim ilinin sonunda bu ölkəyə 1,8 mlrd. dollar dəyərində (2020-ci illə müqayisədə 6,9% çox) 6,7 mln. ton (15% az) buğda göndərilib.

Ötən il Türkiyə də Rusiya günəbaxan yağının ən böyük idxalçısı olaraq qalıb. Tədarük 42% artaraq 913 min ton və 2,5 dəfə artaraq 1,1 mlrd. dollara çatıb. 2020-ci ildə Türkiyəyə ixrac edilən ilk 3 əsas mal arasında yer alan günəbaxan yağları 2021-ci ildə Rusiyadan tədarük edilməyib.

Bundan əlavə, 2021-ci ildə Türkiyə tədarük həcmini 3,1 dəfə (1,2 mln. ton) və dəyəri 4,2 dəfə (309 mln. dollar) artıraraq, Rusiya arpasının alıcıları arasında lider olub. Ümumilikdə, cari kənd təsərrüfatı mövsümündə (2021-ci ilin iyul – 2022-ci il iyun) Türkiyəyə buğda idxalının 10,7 mln. tona yüksələcəyi gözlənilir ki, bu da ötən mövsümlə müqayisədə 3 mln. ton çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR