Türkiyəli nazir sabah Qarabağa səfər edəcək

Vahid Kirişçi

© APA | Vahid Kirişçi

# 19 may 2022 16:18 (UTC +04:00)

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi mayın 20-də işğaldan azad olunmuş ərazilərə səfər edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Vahid Kirişçi "Azərbaycan-Türkiyə İş Adamları" Birliyinin (ATİB) İdarə Heyətinin ümumi yığıncağında bildirib.

"Səfərimiz zamanı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi olaraq Azərbaycanla imzalanmış və imzalanma mərhələsinə çatmış müqavilələr çərçivəsində təcrübəmizi paylaşacağıq"- deyə türkiyəli nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR