Ucarda su kanalları beton üzlüyə alınıb

Ucarda su kanalları beton üzlüyə alınıb
# 27 aprel 2022 09:50 (UTC +04:00)

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Ucar rayonunda suvarmanın mütəşəkkil aparılması və əkin sahələrinin daim suvarma suyu ilə təminatı üçün genişmiqyaslı işlər görülür.

Cəmiyyətin İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, əsas su mənbələri olaraq Yuxarı Şirvan kanalı, Türyançay və Göyçay çaylarından istifadə edən idarənin balansında ümumi uzunluğu 1600 km suvarma kanalları var ki, ondan 40 km magistral, 123 km təsərrüfatlararası və 1437 km təsərrüfatdaxili kanallardır. Bundan başqa 1254 ədəd hidrotexniki qurğu və 13 ədəd nasos stansiya vasitəsi ilə də suvarmanın mütəmadi olaraq aparılması təmin edilir. Təmir işləri çərçivəsində kanallar üzərində olan hidrotexniki qurğular cari təmir olunub, suvarma suyunun fermerlərə daha itkisiz çatdırılması üçün 1720 min kub metr lildən təmizlənmə işləri görülüb. Su itkisinin minimuma endirilməsi üçün torpaq məcralı kanallar beton üzlüyə alınıb. Kanalların beton üzlüyə alınması bu il də davam edəcək.

Ucar rayonu ərazisində torpaqların şoranlaşmasının qarşısını almaq üçün 1500 km-ə yaxın kollektor-drenaj şəbəkəsindən istifadə edilir. Ondan 662 km-i
qapalı, 836 km-i açıq dren şəbəkəsidir. Bu günə qədər Ucar Suvarma Sistemləri İdarəsi tərəfindən Ucar rayonunun Yuxarı Şilyan, Bağırbəyli, Qazqumlaq, Ramal, 2
Lək, Alpout, Qaracallı, Təzə Şilyan, Qarabörk, Bağman, Məlikballı, Əlikənd, Müsüslü, Bərgüşad, Xalac, Küçəkənd kəndlərində 500 min kub metrə yaxın həcmdə 188 km uzunluğunda kollektor-dren şəbəkələri və kanallar lildən təmizlənib. 2021-ci ildə cəmi suvarma arxları və kollektor-drenaj şəbəkələrində 1026 km məsafədə lildən təmizləmə işləri görülüb. Şəbəkənin təmizlənməsi ilə torpaqların münbitləşməsi təmin olunub, əkinə yararlı torpaqların sahəsi genişlənib. Hazırda istər suvarma kanallarında, istərsə də kollektor-drenaj şəbəkələrində texnikaların köməyi ilə lildən təmizləmə işləri davam edir.

Qeyd edək ki, Ucar Suvarma Sistemləri İdarəsi rayon ərazisində olan 28935 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Hər il rayonda pambıq, taxıl, bostan-tərəvəz, yem bitkiləri, qarğıdalı, çəltik və digər kənd təsərrüfatı təyinatlı bitkilər əkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR