Ukrayna taxılı Türkiyə vasitəsilə ixrac oluna bilər

Ukrayna taxılı Türkiyə vasitəsilə ixrac oluna bilər
# 27 may 2022 09:27 (UTC +04:00)

Türkiyənin yüksək rütbəli rəsmisi bildirib ki, Rusiya ilə münaqişə fonunda Ukraynanın istehsal etdiyi taxıl məhsullarının dünya bazarlarına çıxarılması üçün Türkiyə, Rusiya və Ukrayna arasında danışıqlar aparılır.

APA-Economics” “Haberglobal”a istinadən xəbər verir ki, dünyanın əsas taxıl istehsalçılarından olan Ukraynanın ixrac limanları, Rusiyanın nəzarəti altına düşməsi səbəbindən bağlandığından ölkənin ixracı dayanıb.

Məlumata görə, Ukrayna limanlarında ixracı gözləyən 20 mln. tondan çox taxıl var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR