USAID qida təhlükəsizliyi sahəsində çalışan Azərbaycan alimlərini Dubaya təlimlərə göndərəcək

USAID qida təhlükəsizliyi sahəsində çalışan Azərbaycan alimlərini Dubaya təlimlərə göndərəcək
# 31 oktyabr 2019 14:15 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda qida təhlükəsizliyi sahəsində çalışan alimləri əlavə təlim keçmək üçün Dubaya göndərməyi planlaşdırır.

Bunu "APA-Economics"ə USAID-in missiya direktoru Cey Sinx deyib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyalarında olan C. Sinx çox təsirləndiyini və bu sahədə əməkdaşlığın daha da genişləndirmək niyyətində olduqlarını bildirib.

Bundan başqa, bu yaxınlarda ABŞ-ın Oklahoma şəhərində keçiriləcək tədbirdə AQTA-nın iştirak edəcəyin vurğulayan C. Sinx, USAID Agentliklə əməkdaşlığı davam etdirəcəyini də bildirib.

USAID-in rəsmisi onu da əlavə edib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Azərbaycanın qeyri-neft sektorun inkişafında böyük rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR