Xaçınçay su anbarına 200 min ədəd çəkikimi balıq körpəsi buraxılıb - FOTO - YENİLƏNİB

Xaçınçay su anbarına 200 min ədəd çəkikimi balıq körpəsi buraxılıb - FOTO  - YENİLƏNİB
# 18 noyabr 2022 22:02 (UTC +04:00)

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib.

APA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına çəkikimilərdən 200 000 ədəd balıq körpəsi buraxılıb.

“Bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 600 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb”, - deyə Firuddin Əliyev qeyd edib.

Xidmət rəisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında bütün balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına dəstək verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərkətlərdən, əsasən də qanunsuz balıq ovundan çəkinməyə çağırıb.

***

Saat 21:01

İşğaldan azad olunmuş ərazilərdə su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonunda keçirilib.

APA xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında bildirib.

Paylaşımda qeyd olunub ki, Xaçınçay su anbarına 200 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR