Rusiyanın bəzi regionlarından quş və quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb

Rusiyanın bəzi regionlarından quş və quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
# 01 avqust 2018 10:48 (UTC +04:00)

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan və quş xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Qida Təhlükəsizliyi Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib: "Bununla əlaqədar olaraq yüksək patogenli quş qripi xəstəliyinin qeydə alındığı Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan və Çuvaşiya respublikalarından diri quş və quşçuluq məhsullarının idxalı müvəqqəti olaraq məhdudlaşdırılır.

Eyni zamanda, Rusiyanın Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır”

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiyanın Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan, Çuvaşiya respublikalarından gələn və ya qeyd edilən ərazilərdən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR