Yevlaxda yeni növ nektarin, şaftalı və ərik sortları yetişdiriləcək

Yevlaxda yeni növ nektarin, şaftalı və ərik sortları yetişdiriləcək
# 01 iyun 2022 16:41 (UTC +04:00)

“Yevlax Pilot Aqropak”da tez yetişən, məhsuldarlığı yüksək olan və daha çox gəlir gətirən nektarin, şaftalı və ərik sortları əkiləcək.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economcis”ə verilən məlumata görə, bu işlərin həyata keçirilməsində İspaniyadan olan mütəxəssislərin təcrübəsindən istifadə edilməsi planlaşdırılır.

Agentlikdən bildirilib ki, bu istiqamətdə İspaniyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşan “PSB Production Vegetal” şirkətinin təcrübəsi öyrənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR