Yevlaxlı fermer texnika ilə təmin olunmadığından taxıl səpini hazırlıqlarına başlaya bilmir

Yevlaxlı fermer texnika ilə təmin olunmadığından taxıl səpini hazırlıqlarına başlaya bilmir
# 05 avqust 2019 15:34 (UTC +04:00)

Yevlax rayonu Xaldan qəsəbəsində fermer təsərrüfatı ilə məşğul olan Elbrus Xəlilov lazımi texnika ilə təmin olunmadığı üçün taxıl səpini hazırlıqlarına başlamaqda çətinlik çəkir.

E. Xəlilov APA-nın Mingəçevir bürosuna deyib ki, iki aydır, “Aqrolizinq” ASC-in Yevlax regional nümayəndəliyinə müraciət etsə də, traktorla təmin olunmayıb.

Fermer 12 hektarlıq taxıl sahəsində şumlama prosesinə başlaya bilmədiyini vurğulayıb: “Dəfələrlə etdiyim müraciətlər nəticəsiz qalıb. Sonuncu dəfə Kənd Təsərrüfatı Nazirliyindən müraciətimə bir neçə günə cavab veriləcəyi bildirilsə də, dəyişiklik olmayıb. ASC-in Yevlax regional nümayəndəliyindən isə hər dəfə səbirlə gözləməyimi məsləhət görürlər”.

Fermerin sözlərinə görə, “Avrolizinq”in texnika ilə təmin edəcəyi təqdirdə, o, şumlanan hər hektar üçün 29-30 manat ödəyəcək: “Kənardan çağırdığımız mexanizatorlar isə hər hektara 35-40 manat istəyirlər”.

ASC-in Yevlax regional nümayəndəliyinin rəhbəri Sədaqət Ağayev APA-nın sorğusuna cavabında problemdən xəbərdar olduqlarını deyib: “Sahibkar Elbrus Xəlilovun traktorla təminat məsələsini 3-4 günə həll etməyə çalışacağıq. Biz mexanizatorlarla müxtəlif sahələrdə çalışmaq üçün müqavilə bağlayırıq. Elbrus Xəlilovun torpaq sahəsi bərkdir, üstəlik o, dərin şumlama aparılmasını təkid edir. Bu isə əlavə yanacaq sərfiyyatı olduğu üçün mexanizatorlar onun müraciətinə könülsüz yanaşır. Bununla belə ona kömək etməyə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR