Zakir Quliyev: "Torpaq su kanallarında 35-40 faiz həcmdə itkilər baş verir" - VİDEO

Zakir Quliyev: "Torpaq su kanallarında 35-40 faiz həcmdə itkilər baş verir" - VİDEO
# 03 iyun 2022 13:44 (UTC +04:00)

"Ümumilikdə respublika üzrə 52 min kilometr suvarma kanalları mövcuddur. Bunun təxminən 72-73 faizi torpaq kanallardır. Torpaq kanallarında itkilər çox olur”.

APA-nın şimal bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev deyib.

Onun sözlərinə görə, torpaq kanalların bir çoxunun yaşı yüz ildən yuxarıdır: “Bu kanallarda təxminən 35-40 faiz həcmində itkilər baş verir. İtkilər tək kanallarda olmur, əkin sahələrində daha çox baş verir. Ona görə ki, bu gün kəndli-fermer təsərrüfatlarında müəyyən hamarlamaların olmaması nəticəsində üç dəfəyə yaxın və ya bəzi yerlərdə 2 dəfə artıq suvarma suyu verilir ki, bu da təbii ki, həm su itkisinə, həm də vaxt itkisinə gətirib çıxarır. Bütün bunlar torpaqlara da müəyyən öz mənfi təsirini göstərir”.

Sədr müavini qeyd edib ki, bununla bağlı tədbirlər həyata keçirilir: "Bilirsiniz ki, ölkədə Su komissiyası fəaliyyət göstərir. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Dövlət Su komissiyası var və bu komissiyada bu məsələlərə də ciddi şəkildə baxılır. 20 kanala beton üzlüyün alınması məsələsi ilə bağlı artıq layihə smeta işləri həyata keçirilir. Bundan başqa, bizim çaylar üzərində 10 su anbarının da tikintisi məsələsi üzrə bu gün texniki iqtisadi əsaslandırma işləri, layihə sənədləri hazırlanıb".

Z.Quliyev bildirib ki, bu layihələr icra olunduqca, torpaq kanallarına beton üzlüyün çəkilməsinə, daha müasir suvarma kanallarını yaradılmasına nail olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR