Zərdabda suvarmada yarana biləcək problemlər aradan qaldırılıb

Zərdabda suvarmada yarana biləcək problemlər aradan qaldırılıb
# 22 aprel 2022 09:19 (UTC +04:00)

Bu il Zərdab rayonunda 19 min hektara yaxın sahədə taxıl əkilib və fermerlər bu il bol məhsul gözləyir. “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, rayon ərazisində olan 40 595 hektar torpaq sahələrinin suvarılması Zərdab Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir.
İdarənin balansında 69 ədəd nasos stansiyası mövcuddur ki, həmin nasos stansiyalarda 110 ədəd aqreqat quraşdırılıb. Cari ildə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə əlavə nasos stansiyanın quraşdırılması isə suvarmada yarana biləcək problemləri aradan qaldırıb.
Sahələrə verilən suyun bir hissəsi Kür çayından götürülməklə nasos stansiyalar vasitəsi əkin sahələrinə çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR