Əməkdar artist Zilli Namazov vəfat edib

Əməkdar artist Zilli Namazov vəfat edib
# 27 dekabr 2021 23:29 (UTC +04:00)

Əməkdar artist Zilli Namazov dünyasını dəyişib.

Bu barədə APA-ya aktyor Kazım Abdullayev məlumat verib. O bildirib ki, əməkdar artist bu gün axşam saatlarında xərçəng xəstəliyindən həyata gözlərini əbədi yumub.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976 ildən "Azərbaycanfilm"də aktyor-rejissor kimi çalışıb.
Allah rəhmət eləsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR