Bəşər Əsəd BƏƏ-yə səfər edib

Bəşər Əsəd BƏƏ-yə səfər edib
# 19 mart 2023 14:42 (UTC +04:00)

Bu gün Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

APA-nın SANA-ya istinadən verdiyi xəbərə görə, Bəşər Əsəd BƏƏ Prezidenti Məhəmməd Ben Zeydlə görüşüb, ikitərəfli əlaqələr müzakirə olunub.

Suriya nümayəndə heyətində bir sıra nazirlər var.

Qeyd edək ki, Bəşər Əsəd sonuncu dəfə 2011-ci ildə Körfəz ölkələrinə səfər edib.

Suriya və BBƏ diplomatik əlaqələri 2018-ci ilin dekabrında bərpa edib. BƏƏ Suriyanın Ərəb Liqasına üzvlüyünün dayandırılmasını yanlış sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR