İranda COVID-19-dan ölənlərin sayı 131 306 nəfərə çatıb

İranda COVID-19-dan ölənlərin sayı 131 306 nəfərə çatıb
# 24 dekabr 2021 14:47 (UTC +04:00)

İranda ötən sutka ərzində 44 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 306 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 967 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 181 784 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR