İranda meşə yanğınları davam edir

İranda meşə yanğınları davam edir
# 22 dekabr 2021 14:32 (UTC +04:00)

İranın Gilan əyalətində meşə yanğınları davam edir.

APA-nın Tehran bürosunun məlumatına görə, dekabrın 18-dən bu günə kimi Gilan əyalətinin 7 şəhərinin ətrafındakı meşəlikdə yanğın baş verib.

Məlumata görə, Siyahgöl, Cəvir, Rəşəkçi və digər bölgələrdə meşəlikdə yanğına səbəb isti külək olub. 50 hektardan artıq meşəlik yanıb.

Bəzi bölgələrdə yanğın hələ də davam edir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR