Yaponiya sunami təhlükəsi xəbərdarlığını ləğv edib- YENİLƏNİB-1

Yaponiya sunami təhlükəsi xəbərdarlığını ləğv edib- YENİLƏNİB-1
# 16 yanvar 2022 09:14 (UTC +04:00)

Yaponiya hökuməti sunami təhlükəsi barədə xəbərdarlığı ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Sunami barədə xəbərdarlıq 14 saat davam edib.

***

saat 06.40

Yaponiya hökuməti azı 210 min sakinin sunami təhlükəsi ilə əlaqədar təxliyə edilməsi barədə qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə bazar günü "Kyodo" agentliyi məlumat yayıb.

Qərar Sakit okean sahillərində yerləşən Aomori, İvate, Miyagi prefekturalarının, şərqi Çibanın, Koçinin qərbində və Miyazaki, habelə Kaqoşimanın cənub-qərbində yerləşən bir sıra rayonların sakinlərinə şamil edilir.

Bundan əlavə, bölgədə 27 daxili reys ləğv edilib.

Koçi prefekturasının limanlarında suyun səviyyəsinin kəskin artması səbəbindən 10-a yaxın gəmi aşıb.

Xatırladaq ki, Yaponiya Milli Meteorologiya İdarəsi Tonqa Krallığında Hunqa-Tonqa-Hunqa-Haapai sualtı vulkanının püskürməsi ilə əlaqədar şənbədən bazara keçən gecə sunami təhlükəsi barədə məlumat yayıb. Vəziyyətin sürətlə dəyişməsi riskin növbəti gün ərzində də davam edə biləcəyi ehtimal olunur. Yaponiyanın müxtəlif yerlərində sahillərdə hündürlüyü 1,2 metrə çatan dalğalar qeydə alınıb, hündürlüyü 3 metrə çatan sunami gözlənilir. Fırtına nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

***

15 yanvar, 20:10

Tonqa adaları yaxınlığında sualtı vulkanın püskürməsindən sonra Kuril adalarında sunami təhlükəsi elan edilib.

Burda APA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 15-i saat 21.00-a qədər hündürlüyü 2 metrdən çox olmayan sunami dalğası Kuril adalarına yaxınlaşacaq.

Bunun Rusiya əhalisi və ərazisi üçün nə dərəcədə təhlükəli olması dəqiqləşdirilir.

Qeyd edək ki, Yaponiya hökuməti də hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edib.

Ölkənin baş meteorologiya idarəsinin məlumatına görə, Yaponiyanın Sakit okeandakı Amami və Tokara adaları üçün sunami xəbərdarlığı qüvvədədir. Burada dalğanın hündürlüyü təxminən 1,2 m-ə açtıb.

Eyni zamanda, Sunami xəbərdarlığı Yeni Zelandiya, Avstraliya və bir sıra Sakit okean adaları üçün də elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR