Taliban qadınların kişi müşayiəti olmadan səyahətini qadağan edib - VİDEO

Taliban qadınların kişi müşayiəti olmadan səyahətini qadağan edib - VİDEO
# 26 dekabr 2021 15:07 (UTC +04:00)

Əfqanıstanda qadınlar qısa məsafələr istisna olmaqla, kişi qohumunun müşayiəti olmadan təkbaşına səyahət edə bilməyəcəklər.

APA bildirir ki, bu barədə Euronews məlumat verib.

Məlumata görə, 72 kilometrdən çox yol qət edən qadınlar yaxın ailə üzvlərinin müşayiəti olmadan heç hara gedə bilməzlər. Bu barədə Xeyrə Dəvət və Şərdən çəkinin nazirliyinin sözçüsü Sadik Akif Mühacir bildirib.

Nazirlik açıqlamasında bütün nəqliyyat vasitələri sahiblərini yalnız hicablı qadınlara xidmət göstərməyə çağırıb.

Daha əvvəl isə nazirlik Əfqanıstan televiziya kanallarından qadın aktyorların iştirak etdiyi serialların nümayişini dayandırmağı tələb etmişdi. İndi isə qurum qadın televiziya müxbirlərini təqdimat zamanı hicab taxmağa çağırıb.

Nazirliyin göstərişində insanlardan avtomobillərində musiqi çalmamaq da xahiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR