Türkiyədə İrana məxsus yük maşınından yarım tona yaxın "patı" aşkarlanıb - VİDEO

Türkiyədə İrana məxsus yük maşınından yarım tona yaxın "patı" aşkarlanıb - VİDEO
# 22 dekabr 2021 18:42 (UTC +04:00)

Türkiyənin Gürbulak Gömrük Hüquq-Mühafizə İdarəsi İrandan ölkəyə daxil olan ağır tonnajlı yük avtomobilində 462,5 kiloqram metamfetamin (patı) aşkar edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş özünün “Twitter” səhifəsində yazıb.

Ticarət Nazirliyindən yayılan açıqlamada isə qeyd olunub ki, indiyədək Türkiyədə bu miqdarda metamfetamin (patı) ələ keçirilməyib. Bu, ən yüksək miqdardır.

Narkotik maddə müsadirə olunub və sürücü saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR