Türkiyədə yük avtomobilləri toqquşub, 2 nəfər ölüb, 5-i yaralanıb

Türkiyədə yük avtomobilləri toqquşub, 2 nəfər ölüb, 5-i yaralanıb
# 23 dekabr 2021 11:35 (UTC +04:00)

Türkiyədə Ankara-Konya magistral yolunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ağır tonnajlı yük avtomobili ilə kiçik yük avtomobili toqquşub.

Kiçik yük avtomobilində olan ana və qızı qəzada ölüb, 5 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR