Yaponiya Müdafiə Nazirliyi gələcəkdə hipersəs sürətli raketlərdən müdafiə məqsədi ilə istifadə etməyə hazırlaşır.
APA-nın xəbərinə görə, bu barədə “Nikkei” nəşri məlumat yayıb.
Yaponiya Müdafiə Nazirliyi hazırda Ordunun belə raketlərlə təchizatı ilə bağlı layihələr üzərində çalışır. Məqsəd düşmənləri Yaponiya raket atmaqdan çəkindirməkdir. Söhbət ilk növbədə Çin və Şimali Koreyadan ehtimal olunan hərbi təhdidlərdən gedir.