“Bəsic” komandirinin öldürülməsi təsdiqlənib - YENİLƏNİB

“Bəsic” komandirinin öldürülməsi təsdiqlənib - YENİLƏNİB
# 22 yanvar 2020 12:29 (UTC +04:00)

Xuzistan əyalətinin qubernatoru Səid Haciyan “Bəsic”in komandiri Əbdul Hüseyn Mücədeminin öldürülməsini təsdiqləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, o bildirib ki, Ə. Mücədemi evinin qarşısında öldürülüb.

“Bəsic” komandirini qətlə yetirən şəxs və ya şəxslərin axtarışı aparılır.

Ə. Mücədemi “Bəsic”in Darxoin şəhəri üzrə komandiri olub.

***

saat 11:32

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” Müqavimət Qüvvələrinin komandiri öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Gənc jurnalistlər klubu” agentliyi məlumat yayıb.

Bildirilib ki, “Bəsic”in komandiri bu gün ölkənin cənub-şərqində, Xuzistan vilayətində yaşadığı evdə naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR