“Тurkish Airlines” İran və İraqa uçuşları dayandırıb

“Тurkish Airlines” İran və İraqa uçuşları dayandırıb
# 09 yanvar 2020 08:22 (UTC +04:00)

Türkiyənin “Тurkish Airlines” aviaşirkəti İran və İraqa uçuşları cümə axşamı saat 21:00-dək dayandırıb.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti-yə aviaşirkətin nümayəndəsi məlumat verib.

"Aviaşirkətimiz İran və İraq hava limanlarına edilən bütün uçuşları yanvarın 9-u saat 21:00-a qədər təxirə salmağı qərara alıb", - deyə mənbə bildirib.

Qeyd edilib ki, sözügedən ölkələrə uçuşların dayandırılması vəziyyətdən asılı olaraq uzadıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR