11-ci çağırış İran İslami Şura Məclisinin ilk iclası keçirilib

11-ci çağırış İran İslami Şura Məclisinin ilk iclası keçirilib
# 27 may 2020 10:13 (UTC +04:00)

Martın 27-də 11-ci çağırış İran İslam Respublikası İslami Şura Məclisinin ilk iclası keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparıb və bu missiya deputat Seyid Rza Təqəviyə nəsib olub.

Bugünkü iclasda İranın Ali Lideri Ayətullah Xameneinin mesajı onun nümayəndəsi tərəfindən oxunub. Daha sonra İran Prezidenti Həsən Ruhani çıxış edib.

Parlamentin sədri və rəyasət heyətinin seçilməsi üçün deputatlar növbəti iclasda səsvermə keçirəcəklər. Növbəti iclasın mayın 28-də və ya 31-də keçiriləcəyi ehtimal olunur.

Parlamentin spikeri postuna keçmiş mer Məhəmməd Baqir Qalibaf, sabiq Təhsil naziri Həmidrza Haci Babayi, sabiq Yol və Şəhərsalma naziri ƏLi Nikzad və başqaları namizədliyini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR