ABŞ-ın Bağdaddakı səfirliyinə minaatanlarla zərbələr endirilib

ABŞ-ın Bağdaddakı səfirliyinə minaatanlarla zərbələr endirilib
# 06 yanvar 2020 00:12 (UTC +04:00)

Bağdadın mərkəzindəki Yaşıl zona minaatan atəşinə məruz qalıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hücumların məqsədi ABŞ səfirliyi olub – diplomatik missiya kompleksinin yaxınlığına bir neçə “Katyuşa” tipli raket düşüb.

İraq mənbələri atəş nəticəsində azı bir ailənin yaralandığını bildirib. Ölənlərin olduğu istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR