ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ankaradadır

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ankaradadır
# 10 yanvar 2020 11:58 (UTC +04:00)

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceymc Cefri Ankaradadır.

APA-nın yerli bürosunun xəbərinə görə, o, bu gün ilk olaraq, Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalla görüşəcək. Sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalınla görüş planlaşdırılır.

Ceyms Cefri görüşlərdə Suriya-Türkiyə sərhədindəki təhlükəsiz bölgə məsələsi, “Barış bulağı” hərəkatından sonra ərazidəki vəziyyət, Suriyanın Konstitusiya Komissiyası ilə bağlı fəaliyyətlər, İdlib bölgəsindəki münaqişələr və davam edən köç hərəkatı ilə bağlı müzakirələr aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR