ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb

ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb
# 10 mart 2020 03:19 (UTC +04:00)

ABŞ Taliban hərəkatı ilə əldə edilmiş razılaşmanın bir hissəsi olaraq öz qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə başlayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞın Əfqanıstandakı qüvvələrinin (USFOR-A) rəsmi nümayəndəsi Sonni Leqgettin açıqlamasında deyilir.

“ABŞ-Əfqanıstan arasında birgə bəyannaməyə və ABŞ-la “Taliban” arasındakı razılaşmaya uyğun olaraq, USFOR-A komandanlığı konkret vəziyyəti nəzərə alaraq qüvvələrin 135 gün ərzində 8,6 min hərbi heyətədək azaldılmasına başlayıb”, - açıqlamada belə deyilir.

Leqgett bildirib ki, “ABŞ-ın Əfqanıstandakı qüvvələri hədəflərin yerinə yetirilməsi üçün bütün lazımi tədbirləri görür, o cümlədən “Əl-Qaidə” və “Xorasandakı İŞİD” terror qruplaşmalarına qarşı antiterror əməliyyatlarını davam etdirir, eləcə də Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələrinə dəstək verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR