ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin yerinə yeni komandan təyin olunub

ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin yerinə yeni komandan təyin olunub
# 03 yanvar 2020 14:44 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinə yeni komandan təyin olunub.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, İranın Ali rəhbəri Xamenei İsmail Kaanini yeni komandan təyin edib.

İ. Kaani buna qədər “Əl Qüds” xüsusi təyinatlı qüvvələr komandanının müavini olub.

Qeyd edək ki, “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR