ABŞ və "Taliban" barışıq sazişi imzalayıb

ABŞ və "Taliban" barışıq sazişi imzalayıb
# 29 fevral 2020 18:04 (UTC +04:00)

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar ABŞ və "Taliban" arasında sülh sazişini imzalayıblar.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, imzalanma mərasimi şənbə günü Dohada baş tutub.

Sənədi imzaladıqdan sonra Xəlilzad və Baradar bir birinin əllərini sıxıb.

ABŞ dövlət katibi Maykl Pompeo "Taliban"ı Əl-Qaidə terror qruplaşması ilə əlaqələrini kəsmək vədini yerinə yetirməyə çağırıb: ""Taliban"ın hansı addımları sazişi uğurlu edəcək? Əvvəla, sözlərinizi yerinə yetirin, Əl-Qaidə və digər terrorçularla əlaqəni kəsin. "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizəni dəstəkləyin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR