AEBA: İran zənginləşdirilmiş uran ehtiyatlarını on dəfə artırıb

AEBA: İran zənginləşdirilmiş uran ehtiyatlarını on dəfə artırıb
# 04 sentyabr 2020 22:30 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İrandakı mübahisəli obyektlərdən birini ziyarət edərək respublikadakı zənginləşdirilmiş uran ehtiyatlarının razılaşdırılmış həcmdən on dəfə artıq olduğunu bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Reuters məlumat yayıb.

AEBA-nın hesabatına görə, İranın zənginləşdirilmiş uran ehtiyatları 534 kiloqram artaraq, 21054 kiloqrama çatıb ki, bu da 2015-ci ildə razılaşdırılmış həcmdən on qat çoxdur.

Müfəttişlərinin sentyabr ayında İranın ikinci ərazisini ziyarət edəcəyi qeyd olunur.

Tehran və AEBA-nın birgə bəyanatında bildirilib ki, intensiv ikitərəfli məsləhətləşmələrin ardından tərəflər bu mövzuda “xoş niyyət ruhunda” bir razılığa gəliblər.

Qeyd edək ki, AEBA-nın Baş direktoru Rafael Qrossi bazar ertəsi Tehrana ilk səfərinə gəlib və burada vitse-prezident, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi, həmçinin, Məhəmməd Cavad Zəriflə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR