AEBA-nın baş direktoru bu gün İrana səfər edəcək

AEBA-nın baş direktoru bu gün İrana səfər edəcək
# 20 fevral 2021 11:02 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi bu gün İrana səfər edəcək.

APA-nın xəbərinə görə, baş direktor bu barədə "Twitter"də məlumat verib.

O bildirib ki, AEBA-nın İranda əsas monitorinq fəaliyyətinə davam etməsi üçün İran qanunlarına uyğun olaraq qarşılıqlı razılıq əsasında həll yolu tapmaq üçün yüksək səviyyəli rəsmilərlə görüşəcək.

“Uğur qazanmağı səbirsizliklə gözləyirəm - bu hər kəsin marağındadır”, - deyə baş direktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR