AKP-nin sədr müavini Mehmet Özhaseki koronavirusa yoluxub

AKP-nin sədr müavini Mehmet Özhaseki  koronavirusa yoluxub
  • Clock-gray 21:06
  • calendar-gray 19 Noyabr 2020

Türkiyəli siyasətçi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehmet Özhaseki yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə o özünün twitter səhifəsində yazıb. 

M.Özhaseki hər kəsdən ona sağlıq diləməsini arzulayıb və son günlər onunla yaxın ünsiyyətdə olanlara səhhətlərinə diqqət etməyə çağırıb.

Qeyd edək ki, M.Özhaseki AKP-nin Kayseridən namizədliyi irəli sürülən millət vəkili, Şəhərsalma və Ətraf Mühit Naziri və Kayseri Böyük Şəhər Bələdiyyə sədri olaraq fəaliyyət göstərib.  

M.Özhaseki sonuncu dəfə Ankara Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olub, lakin sədrlik uğurunda mübarizədə hazırkı sədr Mansur Yavaşa qalib gələ bilməyib.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər