AKP sözcüsü: “Bütün Azərbaycan torpaqları işğaldan azad ediləcək”

AKP sözcüsü: “Bütün Azərbaycan torpaqları işğaldan azad ediləcək”
# 10 noyabr 2020 00:16 (UTC +04:00)

“Bu həftə içərisində ən böyük sevincimiz Azərbaycana məxsus Şuşanın işğaldan azad edilməsidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözcüsü Ömer Çelik partiyanın İdarə Heyətinin növbəti toplantısından sonrakı çıxışında deyib.

O, son toplantıda Şuşanın işğaldan qurtuluşunun ən önəmli məsələ olaraq müzakirə edildiyini deyib: “Şuşa sıradan bir yer deyil. Azərbaycanın və bütün Qafqazın mədəniyyət beşiyidir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Şuşanın işğaldan azad edilməsi bütün Azərbaycan torpaqlarının işğaldan qurtarılmasının yaxın zamanda baş tutacağı anlamına gəlir. Bütün Azərbaycan torpaqları işğaldan qurtarılacaq”.

AKP Sözçüsü bu qanlı mübarizədə şəhid olan Azərbaycan əsgərinə başsağlığı, yaralılara şəfa diləyib: “Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirik. Qarabağın Azərbaycana xas olduğu döyüş meydanında da Azərbaycan əsgərinin mücadiləsi ilə sübuta yetirilir”

Çelik AKP-nin iclasında Ermənistanın qeyri-insani və qeyri-hüququ davranışlarına dəstək verən ölkələri bir daha qınandığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR