Abbas Musəvi “Fordu” təsisatında İranla Rusiyanın əməkdaşlığının dayandırılmasının səbəbini açıqlayıb

Abbas Musəvi “Fordu” təsisatında İranla Rusiyanın əməkdaşlığının dayandırılmasının səbəbini açıqlayıb
  • Clock-gray 13:10
  • calendar-gray 16 Dekabr 2019

““Fordu” təsisatında İranla Rusiyanın əməkdaşlığının dayandırılması texniki problemlərlə bağlıdır".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı iki ölkənin ekspertləri araşdırma aparırlar: 

"Biz Rusiyanın İranla əməkdaşlıqdan geri çəkildiyini düşünmürük. Əməkdaşlığın dayandırılmasının əsas səbəbi eyni vaxtda iki addımın atılması məsələsidir. Rusiya tərəfi istəyir ki, eyni vaxtda iki işi görə bilib-bilməyəcəyini araşdırsın".

İranın nüvə proqramı ilə bağlı öhdəliklərinin azaldılmasına dair atacağı beşinci addıma gəlincə, XİN sözçüsü bildirib ki, hazırda bu məsələ araşdırıılır:

"Hələlik vaxt var və ümid edirik ki, ərzində avropalılar öz öhdəliklərinə ciddi əməl edəcəklər".

Süleyman Fərzəliyev

Digər xəbərlər