Abbas Musəvi: “İran məsləhət bildiyi hər bir ölkə ilə silah ticarəti edəcək”

Abbas Musəvi: “İran məsləhət bildiyi hər bir ölkə ilə silah ticarəti edəcək”
  • Clock-gray 13:20
  • calendar-gray 01 İyun 2020

“İran azad ticarət çərçivəsində məsləhət bildiyi hər bir ölkə ilə silah ticarəti edəcək. Bu, Rusiya, Çin, qonşu və ya uzaq ölkə ola bilər”.  

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi bugünkü mətbuat konfransında ölkəsinin Rusiyadakı səfirinin İran-Rusiya arasında silah ticarəti ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

A. Musəvi qeyd edib ki, İran müstəqil bir ölkə kimi hər növ ticarəti, o cümlədən də silah ticarətinin alış və satışını həyata keçirmək hüququna malikdir: “İran özü silah istehsalı edən ölkələrdəndir. Azad ticarət çərçivəsində məsləhət bildiyimiz hər bir ölkə ilə silah ticarəti edəcəyik. Bazarı dəyərləndirib, onun qaydalarına əməl edirik və bu sahədə heç bir məhdudiyyət yoxdur”.

Süleyman Fərzəliyev

Digər xəbərlər