Abbas Trampın Yaxın Şərq Sülh planını ölkəsinə qarşı sui-qəsd adlandırıb

Abbas Trampın Yaxın Şərq Sülh planını ölkəsinə qarşı sui-qəsd adlandırıb
  • Clock-gray 00:12
  • calendar-gray 29 Yanvar 2020

 

Fələstin lideri Mahmud Abbas ABŞ-ın Yaxın Şərqdəki nizamlama planını sui-qəsd adlandırıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, o, bu barədə çərşənbə axşamı Ramallahda Fələstin televiziyasında canlı yayımda danışarkən deyib.

“Qüds satılmır və sizin sui-qəsdiniz baş tutmayacaq. Fələstin xalqının tarixi hüquqlarına laqeyd yanaşmağa imkan verməyəcəyik. Biz paytaxt Qüds ilə birlikdə Fələstin Dövlətinə sadiqik”, - deyə M.Abbas vurğulayıb.

O, əlavə edib ki, Fələstin problemini aradan qaldırmaq planı uğursuz olacaq: “Biz diz çökməyəcəyik və Fələstin problemini aradan qaldırmaq üçün sui-qəsdlər, sövdələşmələr və xain planlar uğursuzluğa düçar olacaq. Bu çətin anda fələstinliləri mitinq keçirməyə və bu planından imtina etməyə çağırıram”.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date