Abe növbəti müddətə Yaponiya Baş Naziri postuna iddialı olmayacağını bəyan edib

Abe növbəti müddətə Yaponiya Baş Naziri postuna iddialı olmayacağını bəyan edib
# 12 yanvar 2020 09:44 (UTC +04:00)

Yaponiya Baş Naziri Sindzo Abe dördüncü dəfə bu posta iddialı olmayacağını bəyan edib.

APA-nın məlumatına görə, S. Abe bunu NHK telekanalına müsahibəsində bildirib.

S. Abenin səlahiyyət müddəti 2021-ci ilin sentyabrında başa çatır. Baş Nazir bu ilin əvvəlində parlamentin aşağı palatasını buraxacağı və növbədənkənar seçkilərin keçiriləcəyi barədə yayılan xəbərlərin də həqiqəti əks etdirmədiyini söyləyib.

Artıq S. Abe Yaponiya tarixinə baş nazir vəzifəsini rekord müddətdə icra edən şəxs kimi düşüb.

Bundan əvvəl S. Abe Liberal-Demokrat Partiyanın sədri postuna namizədliyini irəli sürməyəcəyini bildirib. Onun partiya sədri kimi səlahiyyət müddəti 2021-ci ilin sentyabrında başa çatır. Liberal-Demokrat Partiya parlamentdə stabil çoxluğa malikdir, partiyanın rəhbəri asanlıqla baş nazir seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR