Adnan Oktar 1075 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Adnan Oktar 1075 il 3 ay müddətinə azadlıqdan məhrum edilib
# 11 yanvar 2021 15:09 (UTC +04:00)

Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə A. Oktar 1075 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan A. Oktar 2019-cu ildə həbs olunub. Dini təriqət lideri olan A. Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR