Atlantik okeanda tropik qasırğa yaranıb

Atlantik okeanda tropik qasırğa yaranıb
# 08 sentyabr 2020 02:34 (UTC +04:00)

Atlantik Okeanında “Rene” tropik qasırğası meydana gəlib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların İzlənilməsi üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, tropik qasırğanın mərkəzində küləyin sürəti 18 m/s-yə çatır. Qasırğa Kabo-Verde ada dövlətindən təxminən 180 km şərqdə, Afrika sahillərindən 600 km məsafədə yerləşir. “Rene” qasırğası təxminən 19 km/saat sürətlə şimal-qərbə doğru hərəkət edir. Bazar ertəsi axşamı və çərşənbə axşamı səhər saatlarında Kabo-Verde ərazisində güclü yağış yağacağı və fırtınalı küləklərinin əsəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR