Avstraliya sahillərində 6,1 maqnitudalı zəlzələ olub

Avstraliya sahillərində 6,1 maqnitudalı zəlzələ olub
# 20 mart 2021 11:53 (UTC +04:00)

Sakit okeanın cənubunda, Avstraliyanın Tasmaniya ştatı sahillərində 6,1 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 05.19 radələrində baş verən zəlzələnin ocağı Hobrat şəhərindən 1864 km cənubda, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR