Avstraliyada koronavirusa qarşı mübarizədə Müdafiə Nazirliyi səfərbər edilib

Avstraliyada koronavirusa qarşı mübarizədə Müdafiə Nazirliyi səfərbər edilib
  • Clock-gray 14:20
  • calendar-gray 24 İyun 2020

Viktoriya ştatının hakimiyyəti yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə maddi-texniki dəstək üçün Avstraliya Müdafiə Nazirliyinə və qonşu regionların rəhbərliyinə müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə ABC teleradio korporasiyası ştat hökumətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Viktoriya ştatının rəhbərliyi infeksiyanın artdığı rayonların tibb müəssisələri və karantin mərkəzlərinə kömək məqsədilə 300 əməkdaşın, o cümlədən hərbi həkimlərin ayrılması xahişi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət edib.

“Viktoriya ştatının rəhbərliyi həmçinin koronavirusun daha çox yayıldığı nöqtələrdə testlərin genişləndirilməsi məqsədilə digər ştatlara müraciət edib”, - deyə qeyd olunub.

Viktoriya ştatına qonşu olan Yeni Cənubi Uels, Tasmaniya, Cənubi Avstraliya və Kvinslend ştatları yardımla bağlı müraciəti müsbət cavablandırıblar.

Virusa yeni yoluxmaların qeydə alındığı altı rayonda COVID-19-a yoluxanlar üçün bu həftənin sonuna kimi əlavə diaqnostika mərkəzləri və klinikalarının açılacağı gözlənilir.

Həkimlər son 8 ərzində inzibati mərkəzi Melburn olan Viktoriya ştatının ərazisində koronavirusa 149 yeni yoluxmanın qeydə alındığını açıqlayıblar.

Səhiyyə Nazirliyinin məlumatına görə, regionda xəstəliyə yoluxmaların 70%-i ölkə daxilində virusun insandan insana ötürülməsi ilə baş verir.

Son sutka ərzində həkimlər ştat ərazisində 20 yoluxma halı aşkar ediblər, virusa yoluxan 1 nəfər isə vəfat edib.

Viktoriya ştatında indiyədək 1 864 nəfər virusa yoluxub, 20 nəfər ölüb.

apa-logo-mini

Digər xəbərlər