Avstraliyada yanğınlar səbəbindən minlərlə dəvə öldürüləcək

Avstraliyada yanğınlar səbəbindən minlərlə dəvə öldürüləcək
# 08 yanvar 2020 03:03 (UTC +04:00)

Avstraliyada minlərlə yerli dəvələrin öldürülməsinə qərar verilib.

APA “The Hill” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ölkədə meşə yanğınlarının tüğyan etdiyi bir vaxtda dəvələrin həddindən çox su içməsidir. Yanğınların söndürülməsində isə su qıtlığı hiss olunur.

Məlumata görə, dövlət təxminən 10 min dəvəni öldürməyi düşünür. Plana əsasən, bu heyvanların məhv edilməsi xüsusi 5 günlük kampaniya müddətində ölkənin şimalında, əsasən yerli sakinlərin yaşadığı və su çatışmazlığının müşahidə edildiyi ərazilərdə helikopterlərlə həyata keçiriləcək və icrasına yanvarın 8-də başlanılacaq.

Bildirilir ki, bölgədə müşahidə olunan quraqlıq səbəbindən dəvələr normadan artıq suya ehtiyac duyurlar ki, bu da “yerli icmalarda xaos” yaradır. Buna görə də dövlət dəvələrin sayının azaldılmasına qərar verib.

Nəşr yazır ki, su axtaran dəvələr hətta yerli aborigenlərin evlərinə də soxulur, ərazilərdə infrastruktur obyektlərinə ziyan vurur, hətta kondisionerləri də sındırırlar.

“Dəvələrin leşləri yandırılacaq və ya basdırılacaq”, - deyə nəşr qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR