Aya Sofyaya ödənişli giriş ləğv edilib, iyulun 24-dən ibadətə açılacaq

Aya Sofyaya ödənişli giriş ləğv edilib, iyulun 24-dən ibadətə açılacaq
  • Clock-gray 22:14
  • calendar-gray 10 İyul 2020

 

İyulun 24-dən Aya Sofyada ilk Cümə namazı qılınacaq. 

APA-nın yerli bürosunun xəbərinə görə,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verdikdən sonra Türkiyə xalqına etdiyi müraciətdə belə deyib.

Prezident bildirib ki, 86 ildən sonra Aya Sofyanın yenidən müsəlmanların ibadət yerinə çevrilməsi üçün hazırlıq işləri görülür. 

R.T.Ərdoğan məbədə ödənişli girişin də ləğv edildiyini, qeyri-müsəlmanlara da hər zaman açıq olacağını vurğulayıb.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər