BƏƏ İsrailə elan etdiyi iqtisadi boykotu ləğv edib

BƏƏ İsrailə elan etdiyi iqtisadi boykotu ləğv edib
# 29 avqust 2020 13:02 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Əl Nahyan İsrailə qarşı 48 il davam edən iqtisadi boykotu ləğv edən fərman verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Emirates News Agency" (WAM) bildirir.

"Fərman BƏƏ-nin İsraillə diplomatik və ticari əməkdaşlığı genişləndirmək səylərinin bir hissəsidir və iqtisadi artımı stimullaşdırmaq və texnoloji yeniliyi təşviq etməklə ikitərəfli əlaqələrə aparan ortaq əməkdaşlığa başlamaq üçün bir yol xəritəsidir", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR