BMT: Şənbə günü Myanmada 107 etirazçı öldürülüb

BMT: Şənbə günü Myanmada 107 etirazçı öldürülüb
# 29 mart 2021 06:39 (UTC +04:00)

Myanmanın təhlükəsizlik qüvvələri şənbə günü yeddisi uşaq olmaqla 107 nəfəri öldürüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Soyqırımı Xəbərdarlığı üzrə xüsusi məsləhətçisi Elis Nderitu və BMT-nin insan haqları üzrə alikKomissarı Mişel Baçeletin birgə bəyanatında deyilir. Açıqlamada məlumatların haradan gəldiyi deyilməyib.

“Şənbə günü çevriliş əleyhinə nümayişlərin başlamasından bəri ən qanlı gün olub”, - deyə açıqlamada bildirilib.

Qeyd olunur ki, “təhlükəsizlik qüvvələri, çoxsaylı etibarlı mənbələrə görə, yeddisi uşaq olmaqla azı 107 nəfəri öldürüblər”. Bəyanatın müəllifləri ölüm sayının artacağını ehtimal edirlər.

Həmçinin deyilir ki, “ölkənin 40-dan çox yerində koordinasiyalı hücumlar” zamanı yüzlərlə insan yaralanıb və saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR