İraqda ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi Taci avibazası yaxınlığına raket mərmisi atılıb.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
“İraqda ABŞ hərbçilərinin yerləşdiyi Taci bazasına raket düşüb”, - deyə telekanalın təcili yayılan məlumatında qeyd olunub.
Raket zərbəsi nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib.