Bağdadda hərbi posta edilən hücum nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb

Bağdadda hərbi posta edilən hücum nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb
# 09 noyabr 2020 12:44 (UTC +04:00)

İraqın paytaxtı Bağdadda hərbi posta edilən hücum nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb.

APA-nın "Al-Jazeera"ya istinadən verdiyi xəbərə görə, paytaxtın cənub-qərbində əl-Radhvaniya bölgəsindəki posta hücum edilib.

Mənbələr bildirib ki, dörd avtomobildə hücum edən naməlum şəxslər, qumbara və avtomatlardan istifadə ediblər.

Ordu və polis qüvvələri hücumda məsuliyyət daşıyan şəxslərin axtarışına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR