Bağdadda naməlum silahlılar azı 16 aksiya iştirakçısını öldürüb

Bağdadda naməlum silahlılar azı 16 aksiya iştirakçısını öldürüb
# 07 dekabr 2019 02:55 (UTC +04:00)

Bağdadda naməlum silahlıların etirazçılara qarşı silahlı hücumu nəticəsində azı 16 aksiya iştirakçısı ölüb, 30-dan çox insan isə yaralanıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə günü “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilyani meydanına qədər gələrək oradakı etirazçılara atəş açıblar. Rəsmi mənbələr 7 nəfərin öldüyünü və 30-a yaxın yaralının olduğunu bildirib. Təxribatın arxasında kimin dayandığı hələlik məlum deyil.

“Al Arabiya”nın məlumatına görə, etirazçılar ordunu baş verənlərə müdaxiləyə və onları müdafiə etməyə çağırıb.

Buna qədər “Reuters” agentliyi 6 nəfərin ölməsi barədə xəbər vermişdi. Bildirilirdi ki, hadisə Bağdadın mərkəzindəki Təhrir meydanında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR