Bağdadda şiə könüllü dəstələrinin avtomobil karvanına havadan hücum edilib

Bağdadda şiə könüllü dəstələrinin avtomobil karvanına havadan hücum edilib
# 04 yanvar 2020 03:56 (UTC +04:00)

Bağdadın şimalında şiə könüllü dəstələrinin nümayəndələrinin olduğu maşın karvanına havadan hücum edilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraqın “Al Sumariya” telekanalı təhlükəsizlik xidmətlərində olan özəl mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hava zərbəsi gecə yarısından sonra Bağdadın şimalındakı Taci bölgəsinə endirilib. Ehtimal olunur ki, avtomobillərdə İraqın “Əl-Haşed Əş-Şaabi” şiə könüllülərinin üzvləri olub.

“RİA Novosti”nin özəl mənbələrə istinadən verdiyi xəbərə görə, nəticədə 5 nəfər ölüb, onların kimliyi hələlik məlum deyil. Yeni hücumun arxasında kimin dayandığı da hələ ki dəqiqləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR