Bağdadda silahlı şəxslərin nümayişçilərə atəş açması nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB

Bağdadda silahlı şəxslərin nümayişçilərə atəş açması nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB
  • Clock-gray 15:29
  • calendar-gray 07 Dekabr 2019

İraqın paytaxtı Bağdadda dekabrın 6-da axşam saatlarına siyahlı şəxslərin etiraz aksiyası keçirənləri atəşə tutulması nəticəsində ən azı 50 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bundan əvvəl 25 nəfərin öldüyü 130 nəfərin yaralandığı bildirilirdi. 

***

14.10

İraqın paytaxtı Bağdadda silahlı şəxslərin etirazçılara hücumu nəticəsində ən azı 25 nəfər ölüb.

APA-nın "Al-Arabiya" telekanalına istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 130 nəfər yaralanıb.

Dekabrın 6-da axşam saatlarında mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına gələrək burada toplaşan nümayişçilərə atəş açıb. Atışmanın bir neçə saat davam etdiyi bildirilir.

Silahlı təxribatın arxasında kimin dayandığı hələ ki, müəyyənləşdirilməyib. Lakin bildirilir ki, hücum nümayişçilərə qarşı dəfələrlə silah işlətməkdə ittiham olunan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunmayıb.

Xatırladaq ki, İraqda yaşayış şəraitinin pisləşməsi, artan işsizlik, korrupsiyaya qarşı oktyabrın 1-dən etibarən etirazlar başlayıb. Etirazlarda 400-dən artıq şəxs həlak olub, minlərlə insan yaralanıb və həbs edilib.

Ölkənin baş naziri Adel Abdul Mahdi öz istefasını parlamentə təqdim edəcəyini bildirib.

Zümrüd Paşkin

Digər xəbərlər