Bağdadda terror aktı nəticəsində 28 nəfər ölüb, 73 nəfər yaralanıb - YENİLƏNİB-1

Bağdadda terror aktı nəticəsində 28 nəfər ölüb, 73 nəfər yaralanıb - YENİLƏNİB-1
  • Clock-gray 14:11
  • calendar-gray 21 Yanvar 2021

Bağdad şəhərində törədilən terror aktı nəticəsində ölən və yaralananların sayı artıb.

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində 28 nəfər ölüb, ən azı 73 nəfər yaralanıb. 

***

saat 13:45

Bağdad şəhərində törədilən terror aktı nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən 13 nəfər ölüb, 19 nəfər yaralanıb. 

***

saat 13:03

İraqın paytaxtı Bağdad şəhərində terror aktı törədilib.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İraq hökumətinə bağlı Bağdad Əməliyyatlar Komandanlığı tərəfindən yayılan yazılı açıqlamada Tayaran Meydanında intihar məqsədli partlayış törədildiyi bildirilib.

Türkiyənin İraqdakı səfir Fatih Yılmaz isə CNN Türk-ə bildirib ki, terrorun İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal edilir.

Səfir iki böyük partlayış nəticəsində baş verən terror aktında ölənlərin sayının 10-dan, yaralıların sayının isə 20-dən çox olduğu haqda məlumat aldığını deyib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər